
Belə ki, məktəbin yeddinci sinif şagirdləri arasında mübahisə yaranıb. Nəticədə 13 yaşlı məktəbli qız sinif yoldaşlarından birini bıçaqlayıb.
Baku TV-nin əməkdaşı sözügedən təhsil müəssisəsində olub, məsələni araşdırmağa çalışıb.
“Qız müəlliməsini bıçaqlamaq istəyib. Bıçağı çıxarıb, oğlan onu arxadan tutmaq istəyəndə boğazından xəsarət alıb”, – məktəbli deyib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.
Tehsil-press.az