
Bəzi saytlarda məktəbin ətrafında yeniyetmələrin münaqişəsi kimi qeyd olunan hadisənin məktəblə heç bir əlaqəsi yoxdur: "Sözügedən yeniyetmələrin heç biri məktəbli deyil".
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 182 saylı orta məktəbin yaxınlığında baş verib. Rayon sakinləri, 2002-ci il təvəllüdlü V.Nəcəfəliyev 2001-ci il təvəllüdlü S.Məmmədkərimovla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə V.Nəcəfəliyev S.Məmmədkərimovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla Bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsini 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Tehsil-press.az