
Bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
O, həmçinin əlavə edib:
“Bütün gün biz Rusiyaya qarşı təhqirlər və Qərb haqqında şişirdilmiş fikirlər eşidirik, baxmayaraq ki, hər ikisi ilə yaxşı münasibətdə olmalıyıq, Rusiyanın hələ də müttəfiqimiz olduğunu unutmamalıyıq”, – o vurğulayıb.
Baqratyan əlavə edib ki, Mher Qriqoryan danışıqlarda uğursuzluğa düçar olduğuna görə, son vaxtlar hökumətdə qızğın müzakirələr gedir.
“Paşinyan, Armen Qriqoryan, Alen Simonyan kimi adamlarla işləmək mümkün deyil. Paşinyan niyə 1991-ci il bəyannaməsindən danışır?Bugünkü düşmənimiz Azərbaycan deyil”, – deyə sabiq baş nazir fikrini yekunlaşdırıb.
Tehsil-press.az