
Ramin Məmmədovun dövlət qurumuna sədr təyin olunması onun deputat səlahiyyətlərinə xitam verilməsinə səbəb olacaq.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.
Bununla da Milli Məclisdə boş qalan yerlərin sayı 10-a çatacaq.
Tehsil-press.az