
Bu sözləri sabiq müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib.
“Silahlı qüvvələr sərhədlərin mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməli, siyasi qüvvələr və cəmiyyət siyasi rəhbərliyin orduya qeyri-qanuni əmrlər verməsinə imkan yaratmamalıdır. Delimitasiya və demarkasiya çərçivəsində sərhədlərdən geri çəkilmək əmri var”.
Ohanyan bəyan edib ki, delimitasiyaya Tavuşdan başlamaq qəbuledilməzdir. Eyni zamanda, Bakının prosesi orada başlamağa məcbur etmək planı da aydındır. Azərbaycan bununla Tavuşda mühüm strateji yüksəklikləri tutmaq, dövlətlərarası (Gürcüstana gedən) yola nəzarəti ələ keçirmək və bununla da Ermənistanla Rusiya arasında quru əlaqəsini faktiki olaraq kəsmək istəyir. Siyasətçi xatırladıb ki, nə hansısa xəritə, nə də delimitasiya ilə bağlı razılaşma var. Ona görə də hakimiyyətin əraziləri hansı əsasla düşmənə təslim etməyə hazırlaşdığı aydın deyil”.
Tehsil-press.az