
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Tokayev Ermənistana rəsmi səfəri çərçivəsində institutda olub. Onu Ermənistan parlamentinin sədri Alen Simonyan və təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan müşayiət edib.
Tokayev instituta Almatıda anadan olmuş Kazaryanın bürüncdən hazırladığı "Hava şarı evi" əsərini hədiyyə edib.
Matenadaranın direktoru Ara Xzmalyan öz növbəsində Qazaxıstan rəhbərinə ingilis dilində girişi olan nadir qıpçaq əlyazmasının (erməni dilində yazılmış) nüsxəsini təqdim edib.
Tehsil-press.az