Araşdırmada kitabxana-informasiya fəaliyyətinin müasir hədəfləri və paradiqmaları təhil olunub. IFLA-nın bu mühüm prosesə təsiri, kitabxana fəaliyyətinin qlobal informasiya məkanına inteqrasiyası baxımından rolu araşdırılıb. Beynəlxalq biblioqrafik əməkdaşlığın əhəmiyyəti, onun formaları barədə məlumat verən tədqiqatçı IFLA-nın biblioqrafik fəaliyyətini geniş şərh edib. Bildirib ki, IFLA-nın fəaliyyətinin əsasını kitabxanalarda biblioqrafik resursların yaradılması, milli nəşr məhsulunun biblioqrafik uçotu, ən müxtəlif tələbatçı qruplarına biblioqrafik xidmətin göstərilməsi, kitabxanalarda biblioqrafik fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi kimi mühüm istiqamətlər təşkil edir.
Məruzədə Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafında təşkilatın rolu diqqətə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Milli Kitabxananın IFLA ilə səmərəli əməkdaşlığı xüsusi vurğulanıb.
Tehsil-press.az