Vüsal Rəhman oğlu Zülfüqarov 30 iyun 1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) bakalavr, 2004-2006-cı illərdə BDU-nun magistratura pilləsində təhsil alıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda əyani doktorantı kimi 2012-ci ildə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2010-cu ildən etibarən AMEA Rəyasət Heyətinin aparatında müxtəlif vəzifələrdə işləyir. Hazırda Elm və təhsil şöbəsinin müdir müavinidir. 30-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. Beynəlxalq konfranslarda dəfələrlə AMEA-nı təmsil edib.
2023-cü ildə “Heydər Əliyev İli” ilə əlaqədar və partiyada ictimai-siyasi fəaliyyətinə görə YAP Yasamal Rayon Təşkilatının Fəxri fərmanı ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.
Tehsil-press.az