
Tədbirdə Nazirliyin və Universitetin məsul şəxsləri, Biologiya fakültəsinin tələbələri və Salyan rayonundan icma üzvləri iştirak ediblər. Əvvəlcə BDU tələbələri Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bu günün önəmindən, ETSN-in son illər nəsli kəsilməkdə olan növlərin mühafizəsi və bərpası istiqamətində həyata keçirdiyi layihələrdən, xüsusi mühafizə olunan təbiət ərazilərindən bəhs edib.
Sonra Şirvan Milli Parkının direktoru Seymur Kərimov Milli Parkda mühafizə olunan və “Qırmızı kitab”a daxil olan növlərin bərpa və reintroduksiya işləri haqqında tələbələri məlumatlandırıb.
Sonda tələbələr Milli Parkda qorunan bitki və heyvan növləri ilə əyani tanış olublar.
Tehsil-press.az