Daha bir Azərbaycan universiteti beynəlxalq reytinqdə

Daha bir Azərbaycan universiteti beynəlxalq reytinqdə Dünya universitetlərinin reytinqinin əks olunduğu Round University Ranking 2024-cü ilin nəticələri açıqlanıb.

Son reytinq hesabatına görə Gəncə Dövlət Universiteti (GDU) də dünya universitetləri arasında qərarlaşıb.

GDU reytinq sıralamasında 1158-ci yerdə qərarlaşıb.

Reytinq cədvəlində, həmçinin Bakı Dövlət Universiteti (962), Azərbaycan Dövlət İqtisad Universiteti (983), Azərbaycan Texniki Universiteti (1126), Qərbi Kaspi Universiteti (934), Azərbaycan Universiteti (1055), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1094), Bakı Biznes Universiteti (1142) də düşüb.

Qeyd edək ki, Round University Ranking (RUR) RUR Rankings Agency tərəfindən nəşr olunan qlobal universitet reytinqidir. O, universitetləri tədris keyfiyyəti, tədqiqat fəaliyyəti, beynəlxalq müxtəliflik, maliyyə dayanıqlığı və ümumi akademik göstəricilər daxil olmaqla müxtəlif amillər əsasında qiymətləndirir.

Tehsil-press.az

Oxşar xəbərlər