"Dəyəri milyardlarla dollardır"

İyunun 25-də - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibə verib.

Müdafiə naziri Zakir Həsənov antiterror əməliyyatlarından danışarkən deyib:

Əməliyyat vaxtı bir neçə digər əməliyyat da gedirdi. Məsələn, biz nəticə çıxardıq ki, ermənilər hər dəfə ərazini tərk edəndə, ya da belə əməliyyatlar olanda bizim təbii sərvətlərimizi məhv edirdilər - yandırırdılar, talayırdılar, özləri ilə aparırdılar, partladırdılar. Ona görə də İqtisadiyyat Nazirliyi bizim təbii sərvətlərimiz olan böyük müəssisələrin siyahısını təqdim etmişdi ki, onları xilas edək. Məsələn, götürək hərbi polisdən ibarət qruplar yaradılmışdı və onlar əməliyyat vaxtı dərhal hərəkət edərək həmin müəssisələri mühasirəyə götürdülər və onları qoruyub saxladılar, xilas etdilər. Bunun dəyəri milyardlarla dollardır. Yəni, bir neçə belə müəssisə oldu. Bu da onu göstərir ki, bu vəzifələr qarşılıqlı əlaqədə yüksək peşəkarlıqla yerinə yetirildi.

Tehsil-press.az

Oxşar xəbərlər