![Dünyanın ən yaxşı universitetləri - Türkiyənin 5 ali məktəbi də SİYAHIDADIR](https://cdn.musavat.com/news/thumbnails/29114ddb0894277770dfaf048093a8e0.jpg)
"QS 2025 World University Rankings"in məlumatına görə, ABŞ-ın aparıcı universitetlərindən olan MIT 13-cü dəfə siyahının başında adını yazdırıb.
MIT-i London İmperial Kolleci və Oksford Universiteti izləyir.
Harvard Universiteti bu il 96,8 balla 4-cü yerdə qərarlaşıb. Sonrakı yerdə 96,7 balla Kembric Universiteti gəlir.
Bu il Türkiyənin 5 universiteti ilk 500 universitet siyahısına daxil olub. ODTÜ 285-ci, İstanbul Texniki Universiteti 326-cı, Koç Universiteti 401-ci, Boğaziçi Universiteti 418-ci, Bilkent Universiteti 477-ci pillədə qərarlaşıb.
Reytinqdə istifadə olunan meyarlar aşağıdakılardır:
- Akademik reputasiya və işəgötürən reputasiyası
- Fakültə-tələbə nisbəti
- Bir müəllimə düşən istinad sayı
- Beynəlxalq fakültə nisbəti
- Beynəlxalq tələbə nisbəti
- Beynəlxalq tədqiqat şəbəkəsi
- Məşğulluq nəticələri
- Davamlılıq/Dayanıqlılıq(Modern.az)
Tehsil-press.az