
Metbuat.az xəbər verir ki, Qvardiola “Mançester Siti”də fəaliyyətini davam etdirmək istəyir. Yeni mövsümdə klubla uğurlar əldə etmək istədiyini ifadə edən Qvardiola, 2025-ci ildə yekunlaşacaq müqaviləsinin müddətini artırmaq istəyir. Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı bunları deyib: "Uzun illərdir klubla danışırıq. Müqavilənin uzadılmasının qəti əleyhinə deyiləm. Dedim ki, qalmaq istəyirəm, çünki davam etmək istəyirəm. 9 ili klubda keçirmişəm”.
Qeyd edək ki, Qvardiola "Mançester Siti" rəhbərliyi altında son 7 mövsümdə 5 dəfə Premyer Liqa çempionu əldə edib.
Tehsil-press.az