ICPC Azərbaycan İcmasının, Azərbaycan Texniki Universiteti və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı keçirilən və 22 ali təhsil müəssisəsindən 157 komandanın yarışdığı müsabiqənin təsnifat mərhələsində BDU komandası ən yüksək – II dərəcə ilə qiymətləndirilib.
Belə ki, komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib. Müsabiqənin nəticələrinə əsasən, 63 komanda ICPC-nin Azərbaycan üzrə final mərhələsinə çıxıb.
Qeyd edək ki, regional mərhələni müvəffəqiyyətlə başa vuracaq komandalar 15–17 dekabr 2025-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 50-ci ICPC-nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edəcəklər.
Tehsil-press.az
 
             
         
        
        



 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	