Dünyanın ən bahalı futbolçusu oldu

Dünyanın ən bahalı futbolçusu oldu “Transfermarkt” portalı İngiltərə Premyer Liqasının bəzi oyunçularının qiymətini yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland 180 milyon avrodan 200 milyona yüksəlib. O, transfer dəyərinə görə zirvədə qərarlaşıb.

Daha öncə açıqlanan siyahıda norveçli ilk pilləni “Real Madrid”in futbolçuları Vinisius Junior, Cud Bellingem və Kilian Mbappe ilə bölüşürdü. Lakin onların qiymətlərində heç bir dəyişiklik baş verməyib.

Qeyd edək ki, Erlinq 200 milyona çatan ikinci oyunçu olub. İlk dəfə 2018-ci ildə Mbappe bunu bacarmışdı.

Dünyanın ən bahalı 10 oyunçusunu təqdim edirik:

Erlinq Haaland (“Mançester Siti”) – 200 milyon avro

Cud Bellingham (“Real Madrid”) – 180 milyon avro

Vinisius Junior (“Real Madrid”) – 180 milyon avro

Killian Mbappe (“Real Madrid”) – 180 milyon avro

Filip Foden (“Mançester Siti”) – 150 milyon

Bukayo Saka (“Arsenal”) – 140 milyon

Florian Virtz (“Bayer Leverkuzen”) – 130 milyon

Camal Musiala (“Bavariya”) – 130 milyon

Rodri (“Mançester Siti”) – 130 milyon

Lamin Yamal (“Barselona”) – 130 milyon

Tehsil-press.az

Oxşar xəbərlər