
TEAS-dan Trend-ə verilən məlumata görə, H.Novak açıqlamasında bildirib: "ATƏT-in hazırkı sədri olan Almaniya Federativ Respublikası "dondurulmuş münaqişələr"in həlli ilə daha çox məşğul olacağını bəyan edib. Bu kontekstdə birtərəfli təcavüz bir çox aspektlərdə problemli görünür. Bu, birtərəfli qaydada atəşkəs rejiminin pozulması anlamına gəlir. Almaniya qüvvədə olan beynəlxalq hüququn hər hansı formada pozulmasını qınayır".
O, qeyd edib ki, hazırkı hərbi təxribatlar, təəssüf ki, Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütovlüyünü qorumaq cəhdlərinə mane olur: "Bu halda mülki əhaliyə qarşı hərbi həmlələrin baş verməsi qəbuledilməzdir".
tehsil-press.az