Konfransdan əvvəl qonaqlar Ulu Öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi düzüb və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeydə qonaqlara dahi şəxsiyyətin həyatı və çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib.
Naxçıvan Dövlət Universitetində keçirilən konfransda, öncə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan sərgiyə baxış olub. Muxtar Respublikanın tarixi-mədəni abidələri, coğrafiyası və Ümummilli Lider Heydər Əliyevin Naxçıvan dövrünü əks etdirən sərgi, qonaqlar tərəfindən maraqla qarşılanıb.
Konfrans başlamazdan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu və Ləzzət Qrup MMC-nin iştirakı ilə baş tutan konfransda açılış nitqləri dinlənilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağının illik fəaliyyət planında nəzərdə tutulan konfransın məqsədi, müvafiq mövzu üzrə elm adamlarının çoxistiqamətli elmi araşdırma nəticələrinin kompleksləşdirilməsi, sistemləşdirilməsi və milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinin daha da əlçatan olması sahəsindəki əsaslandırmalardan ibarətdir. Bildirilib ki, bu gün universitetlər qarşısına qoyulan tələblər və əsas meyarlar iqtisadiyyat və sənayeləşmə ilə bağlıdır. Bu baxımdan konfransın mahiyyətini yüksək qiymətləndirən rektor ali təhsil ocağında bu istiqamətdə tədris aparılan ixtisasların əhəmiyyətindən bəhs edib. Elbrus İsayev Universitetin İqtisadiyyat fakültəsində ixtisasların və strateji hədəflərin əmək bazarının tələblərinə uyğun qurulması istiqamətində işlərin davam etdiyini bildirib. Qeyd olunub ki, universitetin sahibkarlıq müəssisələri ilə qurulan səmərəli əməkdaşlıqları imkan verir ki, təhsilalanlar əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşsın. Rektor müasir çağırışlarla universitetin tədqiqat mühitinə öz töhfəsini verən konfransın işinə uğurlar arzu edib.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Abbas İsmayılov Azərbaycanda ixracyönlü sənayenin inkişafı ilə bağlı həyata keçirilən islahatların və sosial inkişaf üçün yeniliklərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, muxtar respublikada əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində vergi nəzarəti gücləndirilib, vergi ödəyicilərinə xidmət göstərən mərkəzlər yaradılıb. Vurğulanıb ki, son illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üçün qəbul edilən dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər, Naxçıvan Muxtar Respublikasında iqtisadi yüksəlişə, yeni iş yerləri və müəssisələrin yaradılmasına, həmçinin kommunal və sosial infrastrukturun inkişafına səbəb olub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək, iqtisadi sahədə aparılan elmi tədqiqatlardan bəhs edib. Nazim Müzəffərli Naxçıvan Dövlət Universiteti ilə iqtisadiyyat sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.
“Ləzzət Group” MMC-nin sahibkarı Teymur Rzayev, 1995-ci ildən etibarən dünyanın bir çox ölkəsi ilə əməkdaşlığı olan şirkətin keçdiyi inkişaf yolundan, muxtar respublika iqtisadiyyatına verdiyi töhfədən bəhs edib. Qeyd edilib ki, “Ləzzət Group” MMC-nin Naxçıvan Dövlət Universiteti ilə sıx əlaqələri mövcuddur və universitetin məzunları şirkətdə səmərəli fəaliyyət göstərirlər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun professoru Fuad Qənbərovun “Zəngəzur Dəhlizinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına təsiri” , Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikasında ixracyönlü sənayenin inkişafı yeni iqtisadi reallıqlar müstəvisində” adlı çıxışları dinlənilib.
Konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına həsr olunan videoçarx izlənilib.
Konfrans çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda akademik və tədqiqat heyətlərinin mübadiləsini əhatə edən birgə tədqiqat işlərinin təşviq edilməsi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, birgə nəşr və ya mədəni fəaliyyətlərin həyata keçirilməsi, konfrans, seminar, simpozium, konqres və bir sıra ortaq akademik və elmi fəaliyyətlərin təşkili, ali təhsil müəssisələri əməkdaşlarının tədris prosesinə cəlb olunması nəzərdə tutulub.
Sonra konfransın tərəfdaşlarına və məruzəçilərə plaket və hədiyyələr təqdim olunub.
Üz-üzə və onlayn davam edən konfrans 3 elmi bölmdə 6 panel müzakirələrlə işini davam etdirib. 20-ə yaxın ali təhsil müəssisəsinin elm adamları tərəfindən 44 mövzu ətrafında elmi məqalələr dinlənilib.
Konfransın sonunda iştirakçılara sertifikatlat təqdim olunub.
Tehsil-press.az