Araşdırmalar göstərir ki, antidepressantların nəzarətsiz istifadəsi vəziyyəti daha da ağırlaşdıra, yan təsirlərə və asılılığa səbəb ola bilər. Digər təhlükəli yanaşma isə depressiyanı "keçici əhval pozğunluğu" kimi qiymətləndirərək peşəkar dəstəyi gecikdirməkdir.
Mütəxəssislər bildirir ki, depressiyanın effektiv müalicəsi üçün psixiatr və ya psixoloq nəzarəti, düzgün diaqnoz və fərdi müalicə planı vacibdir. Vaxtında atılan doğru addımlar həm sağalma prosesini sürətləndirir, həm də ağır fəsadların qarşısını alır.
Tehsil-press.az








