
Deputat köməkçilərinin dövlət qulluqçusu statusu yoxdur və onların səlahiyyət müddətinə yeni çağırış Milli Məclisin ilk iclas günü xitam verilir.
Qeyd edək ki, deputat köməkçisi institutu ölkəmizdə yeni təsisatlardandır və 2007-cı ilin fevralında yaradılıb.
Deputat köməkçiləri ayda 1200 manat maaş alırlar.
Deputat köməkçisinin təyinatı “Deputatın statusu haqqında” Qanunun tələblərindən irəli gəlir.
Bu qanunun 21-1-ci maddəsində deyilir:
– Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.
– Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.
– Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
– Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir./Modern.az/
Tehsil-press.az