Yaponiyanın qərbindəki Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin görüşü keçirilir

Yaponiyanın qərbindəki Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin görüşü keçirilir Mayın 1-də Yaponiyanın qərbində yerləşən Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin iki günlük görüşü başlayıb.

Digər məsələlərlə yanaşı nazirlər təbii sıxılmış qaz hasilatçılarını və ixracatçı ölkələri məhsulun qiymətinin artımına səbəb olan ticarət praktikasını dəyişmək çağırışı ilə bağlı müzakirələr aparacaqlar. Hazırda mövcud olan müqavilələrin əksəriyyəti təbii sıxılmış qazı üçüncü ölkələrə təkrar satmağa icazə vermir.
G7 ölkələri nazirlərinin, eyni zamanda ehtiyatların inkişafına investisiyaların yönəldilməsi məsələsini müzakirə edəcəyi də bildirilir. İlk günündə birgə naharın və mədəni proqramın nəzərdə tutulduğu toplantıda əsas müzakirələrin mayın 2-də aparılması nəzərdə tutulur.

tehsil-press.az

Oxşar xəbərlər