
5 sentyabr tarixində Baş Zəyzid kənd tam orta məktəbində layihənin açılış tədbiri baş tutub. Tədbirdə hər 3 kəndin gəncləri ilə yanaşı, kənd icra nümayəndəsi, məktəb rəhbərliyi, GİKM-nın Şəki-Zaqatala regional bölməsinin koordinatoru İlkin Həbilov; təlimçi, marketoloq Elçin Poyliyev; “Cığır” İctimai Birliyinin nümayəndələri və başqaları iştirak edib. Tədbir iştirakçıları layihənin faydası, karyera imkanları, gələcək perspektivi haqqında söz açıblar.
Hər bir kənddə 4 təlim boyunca gənclər fərdi kompüter sistemləri, korpus və qida blokları, ana platalar, yaddaş (RAM və ROM), xarici port və kabellər, giriş və çıxış qurğuları, zədələnən sistemi bərpa etmək, alətlər paneli haqqında öyrəniblər. Mövzular ətrafında müzakirələr aparılıb. Gənclər maraqlandıqları mözvularla bağlı suallar ünvanlayıb. Təlim müddətində mövzularla bağlı qrup işləri təşkil olunub, həmçinin praktiki tapşırıqlar icra olunub. Gənclər çay fasiləsində sosiallaşıb, yeni tanışlıqlar əldə olunub.
Layihə 76 gənci əhatə edib.
13 sentyabr tarixində layihənin bağlanış mərasimi keçirilib, gənclər sertifikatla təmin edilib.
Təlimlərin, xüsusilə, gənclər arasında sevilməsi; öyrənmə potensialının yüksək olması layihənin gələcəkdə eyni kəndlərdə yeni mözvular istiqamətində, həmçinin digər kəndlərdə də keçirilməsi üçün şərait yaradır.
Tehsil-press.az