Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar hər iki rayonda “Fövqəladə hal” iş rejimi tətbiq olunub. Hazırda bölgədə yanğın-xilasetmə qarnizonları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Məlumata görə, fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə 2 min nəfərdən çox şəxsi heyət və 566 ədəd texnika cəlb edilib.
Xüsusilə Süleyman-Stalski rayonunda vəziyyət daha kritik olaraq qiymətləndirilir. Belə ki, güclü sel nəticəsində Küraxçay çayı üzərindəki körpü dağılıb və nəticədə 9 kəndlə əlaqə tamamilə kəsilib. Hazırda əraziyə xüsusi təyinatlı qüvvələr cəlb olunub, piyada keçidi təşkil edilib və rabitənin bərpası istiqamətində işlər aparılır.
Tehsil-press.az