Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva görüş zamanı qonağa Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub. Qonaq Ínstitutun elmi fəaliyyətini yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Alim İnstitutun Herbari Fondunda olub, herbari nümunələrin saxlanılma şəraiti və aparılan müasir istiqamətli işlərlə maraqlanıb.
Səfər müddətində Tumen Dövlət Universiteti və AR ETN Botanika İnstitutu arasında elmi tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb.
Memoranduma əsasən elm və təhsil sahəsində əməkdaşlıq, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, yeni texnologiyaların tətbiqi, layihələrin və s. həyata keçirilməsi nəzərdə tutulub. Sənəd yeni elmi istiqamətlər üzrə gənc kadrların hazırlanması üçün əhəmiyyətli olacaq.
Tehsil-press.az