Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Dendrologiya İnstitutunda olub

Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Dendrologiya İnstitutunda olub Özbəkistanın Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Server Osmanov Dendrologiya İnstitutunda olub.
Qonaq institutun elmi potensialı ilə yaxından tanış olub.
Görüşdə Dendrologiya İnstitutunun Səmərqənd Dövlət Universitetinin Botanika bağı ilə əməkdaşlıq əlaqələrinin qurulması üzrə elmi layihələrin həyata keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində uzunmüddətli elmi mübadilə məsələləri müzakirə edilib. Həmçinin əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılması, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üzrə geniş imkanların olduğu vurğulanıb.

Tehsil-press.az



Oxşar xəbərlər