Lənkəranda ilk dəfə "Ləvəngi Festivalı" keçirilir

Lənkəranda ilk dəfə Lənkəran şəhərində "Ləvəngi Festivalı" keçirilir.

Bu barədə Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev məlumat verib.

Anar Kəkəyev deyib ki, bu gün keçirilən "Ləvəngi Festivalı" 1-ci Ləvəngi festivalıdır:

"Festival Lənkəran ŞİH, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Cənub zonasının 6 rayonu, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Astara rayonlarının nümayəndələri iştirak edir. Festivalda ləvənginin unudulmuş və qədimdə hazırlanan növləri sərgilənir. Cənub zonasını əhatə edən rayonun nümayəndələri ləvənginin unudulmuş növlərini nümayiş etdirirlər. Lənkəran Şəhər Mədəniyyət Mərkəzi də olaraq bugünkü festivala çox yaxşı hazırlaşmışıq, burada çalışımışıq ki, ləvənginin bütün növlərini, təamlarını kulinariyada göstərək. Üstün cəhətimiz, ləvəngidə istifadə olunan inqridientlər, onun hansı formada və saxsı qablarda hazırlanmasını nümayiş etdirməyimizdir".

Qeyd edək ki, festivalda iştirak edən rayon nümayəndələri maraqlı rəqs və musiqi nömrələri ilə çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər