İran parlamenti Tehranın bölgədəki ən mühüm müttəfiqi Bəşər Əsədin devrilməsindən sonra Suriyada baş verənləri müzakirə etmək üçün qapalı iclas keçirib.
"İran Observer"ə danışan iranlı deputat Mühəmməd Menan Reisi baş verənlərin sürpriz olduğunu bildirib.
"Biz 6 minə yaxın şəhid verdik, milyardlar xərclədik və bir həftə ərzində Suriyanı ekstremistlərə təslim etdik", - Reisi qeyd edib.
Digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami Əsəd rejiminin devrilməsindən sonra İranın Suriyadakı bütün hərbi varlığını geri çəkdiyini bildirib.
Bundan əvvəl bu məsələ ilə bağlı açıqlama verən yeganə rəsmi şəxs 2017-ci ildə İran Şəhidləri Təşkilatının prezidenti Məhəmməd Əli Şəhid olub. O, Suriya və İraqda ümumilikdə 2100 İran əsgərinin həyatını itirdiyini bildirib.
Tehsil-press.az