Change the World Model United Nations təşkilatçıları ilk dəfə olaraq Azərbaycan təmsilçilərindən Nəzrin Hüseynli, Ayşe Nesli Gülençi ən yaxşı nümayəndə (Best delagation), Camal Əfəndi, Ayan Vəlizadə, Lalə Musayeva, Sabir Nərimanov, Aydan Cəbrayılova, Ruhəngiz Əsgərova isə fəxri iştirakçılar (Honorable Mention) kimi qiymətləndiriblər.
Şüarı “Dünyanı Dəyiş – Change the World” olan tədbirin məqsədi gəncləri beynəlxalq siyasət proseslərinə cəlb etmək və onlara qlobal diplomatiya bacarıqları öyrətməkdir. Tədbir iştirakçıları "game changers" (dəyişiklik yaradıcıları) mövzusunda müxtəlif simulyasiyalarda iştirak edərək mühüm qlobal problemlərin həlli yollarını müzakirə ediblər.
Tələbələrimiz bu tədbir vasitəsilə qərar qəbuletmə və diplomatik müzakirə, beynəlxalq əməkdaşlıq, qlobal siyasət proseslərinin iş prinsiplərini dərindən anlamaq fürsəti əldə ediblər.
Azərbaycanlı gənclər səfər çərçivəsində Eyfel qülləsi, Luvr muzeyi və Disneylend kimi tarixi və mədəni məkanları da ziyarət ediblər.
Model Birləşmiş Millətlər Təşkilatı (MUN) – tələbələrin BMT simulyasiyalarında iştirak etdiyi və qlobal problemləri həll etmək üçün diplomatik bacarıqlarını inkişaf etdirdiyi beynəlxalq platformadır. MUN tədbirləri gənclərə liderlik, müzakirə, analitik düşüncə və problem həlli bacarıqları qazandırır və onların qlobal məsələlərə dair məlumatlılığını artırır
Tehsil-press.az