Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Phoenix Development MMC-nin birgə təşkilatçılığı ilə 11.12.2024-cü ildə Akademiyanın tələbələri üçün “İşə qəbul prosesi və karyerada uğurun sirri” adlı Master Klass keçirildi.
Təlimçilər:
Rufanə Qasımova – Təsisçi-Direktor
AƏSMA-da İqtisadiyyat ixtisası üzrə bakalavr, Rauf Denktaş Universitetində isə İdarəetmə və Koçluq sahəsində isə ikinci təhsilini almışdır. İnsan Resursları sahəsində 10 ildən çox zamanı əhatə edən zəngin təcrübəyə sahibdir.
Günel Xəlilova – İnsan Resursları üzrə təlimçi
Bakalavr təhsilini AMİU-da almış, daha sonra aktiv şəkildə İnsan Resursları sahəsində öyrənmə prosesində olmuş və bu sahədə dərin biliklərə yiyələnmişdir. Müxtəlif yerli və xarici müəssisələrdə 12 ildən çox rəhbər vəzifələrdə çalışmışdır. Hazırda İR üzrə menecer vəzifəsində çalışır.
Şəbnəm Bayramova – İnsan Resursları üzrə təlimçi
Bakalavr təhsilini AZTU, magistr dərəcəsini isə ADNSU-da fərqlənmə ilə tamamlamışdır.
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu, Fövqalədə Hallar Nazirliyində İR sahəsində əsas vəzifələrdə çalışmışdır. 7 ildən artıq İR sahəsində dərin biliklərə sahibdir. Hal-hazırda “Salesera-Canada” şirkətində İR üzrə işə qəbul sahəsində fəaliyyətini davam etdirir.
Təşkil olunmuş Master Klassda karyera planlaması, iş axtarışı və müraciət üçün hazırlıq, düzgün CV formatı, işə qəbul prosesi və s. haqqında ətraflı məlumatlar verildi. Təlim tələbələr tərəfindən maraqla qarşılandı və Akademiya tərəfindən Phoenix Development MMC-nin təsisçi-direktoru Rüfanə Qasımovaya təşəkkürnamə təqdim edildi. Sonda xatirə şəkli çəkdirildi.
Tehsil-press.az