Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Sonra anım tədbiri BDU-nun akt zalında davam edib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində öyrənilməsinə, təbliğinə və tətbiqinə daim böyük ehtiyac olan irs yaradıb. Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin sovet dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illər onun dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq ideyasının formalaşması ilə müşayiət olunub. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda sənaye, iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə sahələri sürətli inkişaf edib. Ulu Öndərin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi isə əsl xilaskarlıq missiyası idi. 1993–2003-cü illərdə Ulu Öndər Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaradıb. Məhz Ümummilli Liderin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub, yenidən dirçəliş mərhələsinə daxil olub. Bütün sahələrdə islahatlar geniş vüsət alıb, Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılmasında, sülh, sabitlik və inkişafın təmin edilməsində böyük rol oynayıb.
Rektor vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi onun müəyyən etdiyi siyasi xətti uğurla davam etdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik işqalına son qoydu. Heç bir gün çəkməyən lokal antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi, suverenliyimiz bərpa olundu. Bütün bu qələbələr məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanıldı. Hazırda hərb meydanında qazandığımız zəfərin davamı kimi darmadağın edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri aparılır. İllərlə işğal altında qalan torpaqlarımızda həyat yenidən qaynayır. Ölkəmiz qlobal tədbirlərə ev sahibliyi edir, xalqımızın müdrikliyini, dövlətimizin qüdrətini nümayiş etdirir.
Milli Məclisin üzvü, BDU-nun İctimai Nəzarət Şurasının üzvü Əminə Ağazadə, Milli Məclisin üzvü Aydın Hüseynov və Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov çıxışlarında dahi liderin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.
Sonda Azərbaycan Dövlət Televiziyasının Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Tarix yazan Qalib” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.
Tehsil-press.az