Gürcüstandakı Hindistan restoranında 12 meyit tapıldı

Gürcüstandakı Hindistan restoranında 12 meyit tapıldı Gürcüstanın Qudauri kurortunda yerləşən Hindistan restoranında 12 nəfərin meyiti aşkarlanıb.

Onlardan 11-i Hindistan, biri isə Gürcüstan vətəndaşıdır.

Yayılan məlumatlara əsasən, həmin şəxslər restoranda çalışıblar, obyektin ikinci mərtəbəsində isə yaşayıblar.

Onların ölümünə bədbəxt hadisənin səbəb olduğu ehtimal edilir. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Məlumdur ki, onların otaqlarında qapalı məkanda işıq söndüyündən generator işləyib.

Dəqiq səbəbin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq tədbirləri aparır.

Tehsil-press.az

Oxşar xəbərlər