Daha bir ölkədə sel fəlakəti - 16 ölü

Daha bir ölkədə sel fəlakəti - 16 ölü Hindistanın Uttarakhand vilayətində sel fəlakəti 16 nəfərin ölümünə səbəb olub.
Bu barədə “Hindustan Times” məlumat yayıb.
Sel və torpaq sürüşməsi səbəbindən köməksiz qalan şəxslərin təxliyyəsi üçün çalışmalara başlanılıb.
Hindistan ordusuna məxsus üç helikopter axtarış-xilasetmə işlərinə cəlb edilib.

Tehsil-press.az


Oxşar xəbərlər