
Dollar indeksi 2024-cü ildə 6,3 faiz bahalaşıb. Yükəlmə əsasən ABŞ-da noyabrın əvvəlində keçirilən prezident seçkilərindən sonra Donald Trampın bəzi ölkələrlə ticarətdə gömrük rüsumlarının artırılacağı ilə bağlı açıqlamalarından sonra baş verib. “Morgan Stanley”in makro və valyuta strateqlərinin fikrincə, gələn ilin bu vaxtı dollar indiki səviyyədən çox aşağı olacaq. “JPMorgan” analitikləri isə hesab edir ki, Federal Ehtiyat Sistemi faiz dərəcələrini əhəmiyyətli dərəcədə yumşaldarsa, dollar nisbi gəlir/böyümə üstünlüyünü itirəcək. Bu da ABŞ valyutasının kəskin zəifləməsinə gətirib çıxaracaq.
Tehsil-press.az