İki gün davam edəcək olan təlimin ilk günündə Türkiyə Respublikasının İstanbul şəhərində şəxsi klinikada fəaliyyət göstərən ortodont İlkin Məmmədov, restorativ diş müalicəsi həkimi İlkin Babakişiyev, İstanbul Aydın Universitetinin “Ağız, diş və çənə cərrahiyyəsi” kafedrasının müəllimi Elçin Bədəlov və “Ağız, diş və çənə radiologiyası” kafedrasının müəllimi Nuran Bayramov çıxış ediblər. Onlar tələbələrə “Ortodontiya: nədir və qısa tarixi,” “Kompozitlər və polimerizasiya,” “Radiasiya fizikasının və biologiyasının əsasları, radiasiyadan qorunma,” “Diş çəkimi texnikaları” və “Dental implantologiyada anatomiya” kimi mövzularda ətraflı məlumat veriblər.
Tehsil-press.az