Bakı Dövlət Universitetinin müəllimi beynəlxalq virtual konqresdə məruzə ilə çıxış edib

Bakı Dövlət Universitetinin müəllimi beynəlxalq virtual konqresdə məruzə ilə çıxış edib Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova İstanbul Mədəniyyət, Sakarya və Kazan Federal Universitetlərinin təşkilatçılığı ilə keçirilən “Türk dilinin xarici dil kimi tədrisi” adlı VI Beynəlxalq virtual elmi konqresdə iştirak edib.
Rusiya, Türkiyə, Azərbaycan, Kanada və Norveçdən olan alimlərin iştirak etdiyi konqresdə Təranə İsmayılova “Qurana əsaslanan türk və ərəb dillərində müqayisəli islam-müsəlman nitq etiketləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi, həmçinin türk dilinin təbliği üçün Azərbaycanda, eləcə də Bakı Dövlət Universitetində yaradılan şərait, yetişdirilən mütəxəssislərin fəaliyyəti haqqında məlumat verib.

Tehsil-press.az

Oxşar xəbərlər