Qətərin təbii qazının Birləşmiş Ərəb Əmirlikiləri (BƏƏ) və İordaniyadan keçib, Türkiyə üzərindən Nobukko kəməri ilə Avropaya daşınması layihəsi yenidən gündəmə gəlib.
Məlumata görə, layihənin bir hissəsinin Suriya ərazisindən keçməsi nəzərdə tutulub. Daha sonra Nabukko xətti ilə birləşərək Avropaya qədər uzanması və beləliklə regionun təbii qaz təchizatı ilə bağlı təhlükəsizliyinin təmin olunması planlaşdırılıb. Lakin məlumata görə, Bəşər Əsəd 2009-cu ildə Moskvanın tələbi ilə Avropanın Rusiya qazından asılılığının azalmaması üçün bu layihədən imtina edib.
Təxminən 10 milyard dollar dəyərində olduğu bildirilən layihə Dəməşqdə hökumətin devrilməsindən sonra reallaşa bilərmi?
Iqtisadçı İlham Şaban deyib ki, Bəşər Əsədin 2009-cu ildə Moskvanın tələbi ilə bu layihədən imtina etməsi doğrudur:
“Amma hazırda Suriyada vəziyyətin dəyişməsi lahiyənin icrasını mümkün etmir. Məsələ ondadır ki, Qərbin 15 il öncəki məqsədləri ilə indiki maraqları eyni deyil. Həmçinin xərclər də xeyli artıb.
Əvvəllər bu boru kəmərini reallaşdırmaq üçün 10 milyard lazım idisə, indi 20 milyard vəsait lazımdır. Məsələn, 2022-ci ildən bu günə metalın qiyməti 55 faiz artıb. Həmçinin göstərilən xidmətin qiyməti də 60 faiz bahalaşıb. Qətərdən Avropanın mərkəzi qaz şəbəkəsinə qoşulmaq üçün ən azından Avstriyaya qədər boru kəməri çəkmək lazımdır. Bu da ümumilikdə 4000 kilometr məsafə deməkdir”.
Ekspertin sözlərinə görə, hazırda bunu edəcək tək vasitə TAP layihəsidir:
“Amma onun da ötürücülük qabiliyyəti azdır. Avropanın qaz tədarükünü ödəmək və bu layihəni gəlirli etmək üçün nə az, nə çox 30 milyard kub metr qaz nəql edilməlidir. Bütün bunlar isə əlavə xərc deməkdir.
Avropa hazırda qaz nəqlini artırmaqdansa, ənənəvi enerji resurslarından imtina edir. Xüsusilə Qərb qaz istehsalını azaldır. Beləliklə 2050-ci ilə qədər Aİ ənənəvi enerji resurslarından imtinası tamamlanmalıdır”.
Tehsil-press.az