Sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır - Siyahı-Yenilənib

Sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır - Siyahı-Yenilənib AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır.

Bu barədə məlumatı Qazaxıstanın Səhiyyə Nazirliyi açıqlayıb.

Həmçinin bildirilib ki, sağ qalanların 10-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdırlar. Daha 3 nəfərin vətəndaşlığı hələ müəyyən edilməyib.

Qeyd edək ki, AZAL təyyarənin göyərtəsində 62 sərnişin olduğunu açıqlayıb. İlkin məlumata görə, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı, 3-ü isə Qırğızıstan vətəndaşıdır.

Sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır - Siyahı-Yenilənib
Sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır - Siyahı-Yenilənib


Tehsil-press.az

Oxşar xəbərlər