Bakıdan uçan təyyarənin qəza anının - Videosu

Bakıdan uçan təyyarənin qəza anının - Videosu Bakıdan havaya qalxan və Moskvanın “Şeremetyevo” hava limanında qəzalı eniş edən “Qolfstrim” biznes-jet təyyarəsinin yeni görüntüləri yayılıb.
Təyyarənin qəza enişini əks etdirən kadrlar müşahidə kamerası tərəfindən lentə alınıb.
Xatırladaq ki, təyyarənin göyərtəsində 3 sərnişin - Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskaya və 3 ekipaj üzvü olub - Elman Aslanov, Sergey Polumordvinov və Leyla Paşayeva.
Rusiya İstintaq Komitəsi uçuş-enmə zolağından kənara çıxan təyyarəyə ciddi ziyan dəydiyini açıqlamışdı.



Tehsil-press.az

Oxşar xəbərlər