Günel Əhmədova yüksək vəzifəyə TƏYİN OLUNDU

Günel Əhmədova yüksək vəzifəyə TƏYİN OLUNDU Ədliyyə Nazirliyinin Mətbuat xidmətində yeni təyinat olub.

Jurnalist Günel Əhmədova nazirliyin Mətbuat xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Bu barədə o, öz sosial şəbəkə hesabında məlumat yayıb.

G.Əhmədova bu təyinatadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Aztelekom MMC-nin kommunikasiya bölməsində işləyib.

Günel Əhmədova 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və magistr dərəcəsi üzrə ali təhsil alıb. /gundem

Tehsil-press.az


Oxşar xəbərlər