
Leyla Əliyeva pansionatın sakinləri ilə görüşərək onlarla söhbət edib. Heydər Əliyev Fondu mütəmadi olaraq bu pansionatda görüşlər təşkil edir. Budəfəki ziyarəti zamanı Leyla Əliyeva pansionatda yaşayanlara müxtəlif sovqatlar verib, o cümlədən öz şeirlər kitabını imzalayaraq hədiyyə edib və şeirlərindən bəzilərini oxuyub.
Müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpusun açılışı olub. Heydər Əliyev Fondu müntəzəm olaraq uşaq evləri və internat məktəbləri ilə yanaşı, ahıllarla da görüşlər təşkil edir, onların qayğıları ilə maraqlanır.









Tehsil-press.az