
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutub.
Hökmə əsasən, dövlətə xəyanətdə ittiham olunan Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16 il 6 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il və Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfinfən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.
Tehsil-press.az