İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb (FOTO)

İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb (FOTO) Mayın 8-də Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb.

Yarışda medallar uğrunda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt təmsilçiləri mübarizə aparacaqlar.
Bu gün çoxnövçülükdə başlayanlar (2008-2009) və kiçiklər (2006-2007) qruplarında oğlanlar arasında yarışlar keçiriləcək.
Həmçinin medallar uğrunda mübarizəyə kiçiklər (2008- 2009), uşaqlar (2005-2006), balacalar (2003-2004) və böyüklər (2002-ci il təvəllüdlülüər və daha böyüklər) kateqoriyalarında yarışan qızlar da qatılacaq.
Ümumilikdə iki gün ərzində həm kişi, həm də qadınlar arasında beş yaş dərəcəsində qaliblər müəyyənləşdirəcək. İştirakçıların ümumi sayı 65-dir (36 kişi və 29 qadın).
İki günlük turnirdə tamaşaçılar Rio 2016 Olimpiya Oyunlarının iştirakçıları Oleq Stepko və Petro Paxnyuk, həmçinin bu ilin fevral ayında Bakıda keçirilmiş idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun bürünc medalçısı Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnovanın peşəkar çıxışlarını izləyəcəklər.


İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb (FOTO)İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb (FOTO)İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb (FOTO)İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb (FOTO)İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb (FOTO)İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb (FOTO)


Tehsil-press.az

Oxşar xəbərlər