“Və gözlənilən şərhlər yağdı: “Dostunu nə tez unutdun?”, “O qədər yaxın idi, indi necə gülə bilirsən?” və s. Bütün şərhlərinizi oxudum, normalda belə hallarda şərh bölümünü bağlayırlar, amma mən etmədim, tənqidə hər zaman açıq olmuşam”.
Bu sözləri aparıcı İlkin Həsəni instaqramda yazıb.
O, Cem Yılmazla Bakı konsertindən sonra çəkilən fotosuna mənfi şərh bildirənlərə cavab verib:
“Bir balaca analiz edib, daha sonra isə ümumi bir cavab yazıram hər zaman. Kədəri anlamaq üçün sadəcə ona baxmaq kifayət deyil. Çünki kədər göz yaşlarımızda deyil, qəlbin ən dərin qatlarında yatır. İnsanlar çox vaxt bizim xarici görünüşümüzlə daxili fırtınalarımız arasında körpü qura bilmirlər. Nəticədə isə içdəki nifrəti hərflərə çevirirlər. Dostumu əsla unutmadım, həyat isə mənim dayanmamağımı tələb edir. İnsan sevdiklərini itirdikcə, bir tərəfdən özü də kiçilir, yox olur. Amma həmin sevdiklərinin xatirəsi ilə yaşamaq bir növ borca çevrilir. İnsanın ayağa qalxması, addım atması, gülməsi unudulma demək deyil. Bu, sadəcə, o itki ilə barışmaq cəhdidir. Nə qədər qısa və hər anın nə qədər qiymətli olduğunu.
Tehsil-press.az