Tədbirdə İzmir Yüksək Texnologiya İnstitutunun kitabxana direktoru Gültekin Gürdal institusional akademik arxivin yaradılması, tədqiqat və təhsil resurslarının uzunmüddətli idarə edilməsi haqqında təqdimatla çıxış edib. O, institusional arxivi uzunmüddətli idarə etmək üçün həyata keçirilməli planı açıqlayıb.
Gültekin Gürdal təqdimatında DIRNA layihəsinin uzunmüddətli davamlılığı üçün güclü texniki infrastruktur və insan resurslarının inkişaf etdirilməli olduğunu vurğulayıb, milli və beynəlxalq əməkdaşlığın artırılmasının və tədqiqat nəticələrinin daha əlçatan və davamlı olmasının vacibliyinə diqqəti çəkib.
Sonda “Təşkilati struktur”, “Tədqiqatın nəticəsi və texniki bacarıqların gücləndirilməsi”, “İctimaiyyətlə əlaqələr və tərəfdaşlıqların qurulması”, “Metadata məsələləri üzrə təşkilatlar arasında əməkdaşlıq” və s. mövzulardan ibarət plan tərəfdaş universitetlərin nümayəndələri ilə müzakirə olunub.
Tehsil-press.az