
Tehsil-press.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də şəhər sakini Ramiz Məmmədova məxsus içərisində 74 500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə almış həmyerliləri Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulub.
Tehsil-press.az