Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası başlayıb.
Iclası spiker Sahibə Qafarova açıq elan edib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
İclasın gündəliyinə 16 məsələ daxil edilib.
***
Sədr Sahibə Qafarova plenar iclasda çıxış edərək 7-ci çağırış Milli Məclisin ötən sessiyanı uğurla başa vurduğunu bildirib: “Birinci sessiyanın yekunları bardə deputatları ətraflı məlumatla tanış etmişəm. Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalararası da davam edib. İtaliyaya rəsmi səfərimiz uğurlu keçib. Türk PA-nın Səhiyyə komitələrinin sədrləri ilə Milli Məclisdə ikinci iclas keçirilib.
Bu sessiyada qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Eyni zamanda Milli Məclisin iclaslarından birində dövlət büdcəsinin icrası müzakirə ediləcək”.
***
Milli Məclisdə daha bir ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Milli Məclisinin Qərarındakı dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan - Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. İşçi qrupuna rəhbərlik deputat Səbinə Salmanovaya həvalə edilib.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
***
Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub.
Bununla bağlı məsələ parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilib. İntizam Komissiyasının tərkibi aşağıdakı kimidir:
1. Cəfərov Kamal Xaqani oğlu,
2. Həsənova Afət Əbil qızı,
3. İbrahimqızı Məlahət İbrahim qızı,
4. İbrahimov Eldar Rza oğlu,
5. Qafarov Kamaləddin Nəsrəddin oğlu,
6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
7. Məmmədov Hikmət Baba oğlu,
8. Məmmədov Məşhur Şahbaz oğlu,
9. Mollazadə Asim Nazim oğlu,
10. Möhbalıyev Səttar Suliddin oğlu,
11. Səfərov Nizami Abdulla oğlu.

Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılıb.
Bununla bağlı məsələ parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilib. Hesablayıcı Komissiyanın tərkibi aşağıdakı kimi olacaq:
1. Həmzəyev Naqif
2. Hüseynova Sevinc
3. Quliyev Eldar
4. Məmmədov Soltan
5. Muradov Rövşən
6. Salmanova Səbinə
7. Zabelin Mixail

Milli Məclis yaşıl enerji ilə bağlı beynəlxalq sazişi təsdiq edib.
Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.
2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanmış saziş müzakirələrdən sonra təsdiq edilib.
***
Milli Məclis “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib.
Bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı medal təsis edilir.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Tehsil-press.az