Azərbaycanlı kapitan Ukraynada həlak oldu

Azərbaycanlı kapitan Ukraynada həlak oldu Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Bu barədə sosial şəbəkədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

“44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Qafur Cəmaləddin oğlu Həsənov Ukraynada gedən müharibədə həlak olub. O, Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra Rusiyaya getmiş, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edirdi”, – T.Şahmuradov bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər