Paşinyan Moskvaya dəvət olundu

Paşinyan Moskvaya dəvət olundu Ermənistanın baş naziri Nikol Paşinyana Moskvada keçiriləcək Qələbə Günü tədbirlərində iştirak etmək üçün rəsmi dəvət göndərilib.

Bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məlumat verib.

Onun sözlərinə görə, Rusiya və Ermənistanı hələ də tarixə olan hörmət birləşdirir.

"Ortaq qələbəmizə qarşı artan hücumlar fonunda bu, xüsusilə vacibdir", - deyə Kopırkin əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər