Tibb Universitetində iməclik keçirildi

Tibb Universitetində iməclik keçirildi ATU kollektivi universitet şəhərciyində güllər əkdi

10 may ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə bütün respublika üzrə iməclik və ağacəkmə kampaniyaları keçirilib. Bakının park, bağ və xiyabanlarında abadlıq işləri aparılıb. Azərbaycan Tibb Universitetinin kollektivi də bu ümumi yaşıllaşdırma kampaniyasından kənarda qalmayıb.
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) şəhərciyində də abadlıq işləri aparılıb. ATU rəhbərliyi və tələbələrin birgə səyləri ilə şəhərciyin bağında bardyurlar ağardılıb, ağacların altı bellənib. Bundan sonra şəhərciyin torpaq sahəsində xüsusi ləklər quraşdırılıb, 50-yə yaxın gül əkilib.
ATU-nun müəllim heyətinin iştirak etdiyi tədbirdə rektor, professor Gəray Gəraybəyli də tələbələrə qoşularaq onlarla birlikdə gül fidanları əkib. İməclik zamanı güllər və gül açan kollar əkilib.


Mətbuat və informasiya şöbəsi


Tibb Universitetində iməclik keçirildi

Tibb Universitetində iməclik keçirildi

Tibb Universitetində iməclik keçirildi

Oxşar xəbərlər