72 yaşlı qadın ana oldu

72 yaşlı qadın ana oldu 72 yaşlı hindistanlı Daljinder Kaur ilk uşağını dünyaya gətirib.

Tehsil-press.az RİA Novosti-yə istinadən xəbər verir ki, D.Kaur ixtisaslaşmış klinikada iki il sonsuzluğa görə müalicə kursu keçib. Armaan adı verilmiş körpənin atasının 79 yaşı var. 46 il ailə həyatı yaşamış cütlük sonda EKO (ekstrakorporal mayalanma) prosedurundan keçməyə razılıq verib. Həkimlərin məlumatına əsasən, körpənin çəkisi 2 kq-dır, özü isə sağlamdır. Xatırladaq ki, 2008-ci ildə Hindistanın Uttar-Pradeş ştatında 72 yaşlı qadın əkiz dünyaya gətirmişdi.


Tehsil-press.az

Oxşar xəbərlər