ADNSU-da “AzerGold” QSC-nin fəaliyyətinə dair təqdimat

ADNSU-da “AzerGold” QSC-nin fəaliyyətinə dair təqdimat Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji-kəşfiyyat fakültəsinin tələbələri üçün “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən təqdimat keçirilib.
Görüş zamanı ADNSU-nun Geoloji-kəşfiyyat fakültəsinin tələbələrinə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkətinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Qeyd olunub ki, dağ-mədən sahəsində peşəkar kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirən “AzerGold” QSC ölkəmizdə ali və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri quraraq, tələbə və məzunlara müvafiq istiqamətlərdə təcrübə toplamalarına, gələcək karyeralarında ilk addımlarını atmalarına dəstək olur. Belə ki, təhsil müəssisələri ilə əldə edilmiş razılaşmalar əsasında tələbələrin həm “AzerGold” QSC-nin baş ofisi, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün şərait yaradılır. Bu günə qədər 191 tələbə və məzun həmin təcrübə proqramlarında iştirak edib, 27 nəfər işlə təmin olunub.
Həmçinin görüşdə “AzerGold” QSC-nin ali və peşə təhsili müəssisələrinin tələbələri üçün təşkil etdiyi təqaüd proqramı müsabiqələri haqqında məlumat verilib. Bildirilib ki, müsabiqələrdə qalib gələn tələbələr təcrübə proqramlarına cəlb edilir, məzun olduqdan sonra onların müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində QSC-nin tələbatına uyğun olaraq zəruri addımlar atılır.
Görüşdə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər